19 yaşlı gənc küçənin ortasında bıçaqlanaraq öldürüldü - Admenasi
Hadise

19 yaşlı gənc küçənin ortasında bıçaqlanaraq öldürüldü

Türkiyənin Adana vilayətinin Seyhan rayonunda 19 yaşlı Enes Doğan mübahisə zamanı küçənin ortasında bıçaqlanaraq həyatını itirib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, tərəflər arasında yaranan mübahisə qısa zamanda davaya çevrilib. Bu zaman Enes Doğan bıçaq xəsarətləri alıb. Hadisədən sonra şübhəli şəxs ərazidən qaçıb.

Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır, şübhəlinin saxlanılması istiqamətində tədbirlər görülür.

Mənbə: https://sonxeber.az/384811/19-yasli-genc-kucenin-ortasinda-bicaqlanaraq-olduruldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button