ABŞ-da polis tərəfindən öldürülən qadın ölkəni ayağa qaldırdı: Trump "özünü müdafiə" iddiasında - Admenasi
Hadise

ABŞ-da polis tərəfindən öldürülən qadın ölkəni ayağa qaldırdı: Trump “özünü müdafiə” iddiasında

ABŞ-da polis tərəfindən öldürülən qadın ölkəni ayağa qaldırdı: Trump “özünü müdafiə” iddiasında ABŞ-da, miqrant əməliyyatlarını izləyən 37 yaşlı qadın Göçmenlik və Gömrük Mühafizəsi (ICE) polisinin yaxın məsafədən atəş açması nəticəsində həyatını itirib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə anının görüntüləri yayıldıqdan sonra ölkədə geniş etirazlara səbəb olub.

Məlumata görə, baş verən insident zamanı polis silahını qadına qarşı istifadə edib. Hadisə ölkə mediası və sosial şəbəkələrdə kəskin reaksiyalar doğurub, hüquq müdafiəçiləri və ictimai fəallar polis zorakılığına qarşı çağırışlar ediblər.

ABŞ Prezidenti Donald Trump isə polis əməkdaşlarının hərəkətlərini müdafiə edərək, bu hadisənin “özünü müdafiə” məqsədilə baş verdiyini iddia edib.

Prezidentin açıqlaması ölkədə mübahisəli reaksiyalara səbəb olub və hadisənin hüquqi tərəfi ilə bağlı müzakirələri daha da alovlandırıb.

Hadisənin görüntüləri və xəbər yayımı ABŞ-da polis və vətəndaş münasibətləri, həmçinin icra orqanlarının vətəndaş hüquqlarına yanaşması ilə bağlı geniş ictimai müzakirələrə yol açıb.

Mənbə: https://sonxeber.az/384803/abs-da-polis-terefinden-oldurulen-qadin-olkeni-ayaga-qaldirdi-trump-ozunu-mudafie-iddiasinda

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button