4 kiloqram qızılı 3 dəqiqəyə oğurladılar - Admenasi
Hadise

4 kiloqram qızılı 3 dəqiqəyə oğurladılar

Türkiyənin Hatay vilayətində bir zərgərlik mağazasından cəmi bir neçə dəqiqə ərzində 24 milyon TL dəyərində 4 kiloqram qızıl oğurlayan kaskalı və silahlı şəxslər polis tərəfindən saxlanılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə yanvarın 4-də Hatayın Kırıkhan rayonunun Yeni Məhəlləsində baş verib. Suriyalı bir zərgərə məxsus qızıl mağazasına daxil olan kaskalı və silahlı iki şəxs təxminən 2-3 dəqiqə ərzində 4 kiloqram qızılı ələ keçirərək hadisə yerindən qaçıblar.

Hatay İl Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar, 10 saatlıq KGYS, PTS və iş yeri təhlükəsizlik kameralarının təhlili nəticəsində hadisə ilə əlaqəli 5 şübhəli müəyyən edilib. C.T., A.A., A.T., Z.H.G. və İ.T. adlı şəxslər polis tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, C.T. barəsində 4 qəsdən xəsarət yetirmə, A.A. barəsində narkotik vasitələrdən istifadə, A.T. barəsində narkotik istifadə və 4 qəsdən xəsarət yetirmə, Z.H.G. barəsində isə qəsdən xəsarət yetirmə ilə bağlı cinayət qeydləri mövcuddur.

Aparılan əməliyyatlar nəticəsində hadisədə istifadə olunan silahlar, saxta nömrə nişanlı iki avtomobil və 4 fərqli əraziyə basdırılmış oğurluq qızıllar aşkarlanaraq götürülüb.

Ədliyyə orqanlarına təhvil verilən şübhəlilərdən 4-ü barəsində həbs qətimkan tədbiri seçilib. Digər tərəfdən, şübhəlilərin soyğunçuluğa gedərkən avtomobillərinin xarab olmasına baxmayaraq cinayətdən vazkeçmədikləri, yollarına başqa nəqliyyat vasitələri ilə davam etdikləri anlar təhlükəsizlik kameralarına düşüb.

Mənbə: https://sonxeber.az/384773/4-kiloqram-qizili-3-deqiqeye-ogurladilar

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button