Sadəcə 21 yaşı var! Əslində kim olduğunu öyrənənlər şok yaşayır – VİDEO

Braziliyalı model və gözəllik kraliçası Kamila Rodrigues Cardoso 21 yaşında modellik karyerasını başa vuraraq dini həyatı seçib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, gənc qadın rahibə olduqdan sonra artıq “Rahibə Eva” adı ilə tanınır.
Modellik fəaliyyəti və gözəllik müsabiqələrindəki uğurları ilə tanınan Cardosonun bu qərarı sosial şəbəkələrdə qısa müddətdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi onun “həyatının istiqamətini tamamilə dəyişdiyini” qeyd edib.
Məlumata görə, Kamila Rodrigues Cardoso bundan sonra Rahibə Eva adı ilə dini yoluna davam edəcək.
Onun modellikdən rahibəliyə doğru atdığı bu qəfil addım ictimaiyyətdə təəccüb doğurub.
Video ucun menbeyey baxin: https://sonxeber.az/384768/sadece-21-yasi-var-eslinde-kim-oldugunu-oyrenenler-sok-yasayir-video
Mənbə: https://sonxeber.az/384768/sadece-21-yasi-var-eslinde-kim-oldugunu-oyrenenler-sok-yasayir-video



