"Uzak Şehir"in "Cihan"ı reklamdan 30 milyon qazanacaq - Admenasi
Maraqli

“Uzak Şehir”in “Cihan”ı reklamdan 30 milyon qazanacaq

Türkiyənin məşhur “Uzak Şehir” serialında canlandırdığı Cihan obrazı ilə geniş tamaşaçı rəğbəti qazanan aktyor Ozan Akbaba bu dəfə imzaladığı reklam müqaviləsi ilə gündəmə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, serialdakı uğurundan sonra populyarlığı daha da artan Akbaba, böyük bir yaşayış maliyyələşdirmə brendinin siması olub.

Magazin gündəmindən Umut Ünverin məlumatına görə, məşhur aktyor çəkilişlərinə artıq başlanılan reklam filmi qarşılığında 30 milyon TL qonorar alacaq. Akbabanın yer aldığı reklam kampaniyasının yaxın dövrdə televiziya və rəqəmsal platformlarda geniş şəkildə yayımlanması planlaşdırılır.

Uğurunu reklam dünyasına da daşıyan Ozan Akbabanın bu anlaşmadan böyük gəlir əldə edəcəyi və bunun magazin aləmində geniş müzakirələrə səbəb olduğu bildirilir.

Mənbə: https://sonxeber.az/384763/uzak-sehirin-cihani-reklamdan-30-milyon-qazanacaq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button