“Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər Türk dünyasının gələcək təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir” – Deputat

“Dövlətimizin başçısının yerli televiziya kanallarına müsahibəsi artıq ənənə halını alıb.Mövcud geosiyasi şəraitdə Mərkəzi Asiyanı Qərblə coğrafi və logistika baxımından birləşdirən yeganə etibarlı ölkə Azərbaycandır, indi dövlətimiz Mərkəzi Asiya və Qərb arasından, “canlı körpü” rolunu oynayır. Azərbaycan hazırda bu iki region arasında nəqliyyat-logistika bağlantılarında mühüm rol oynayır və beynəlxalq aktorlar üçün alternativ marşrutlar təklif edir. Azərbaycan Mərkəzi Asiya ilə Qərb arasında nəqliyyat, logistika və ticarət əlaqələrini təmin edən etibarlı tərəfdaşdır.
Bunu Sonxeber.az-a danışan və cənab prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsini şərh edən deputat Müşfiq Cəfərov deyib.
Deputat qeyd edib ki, son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artmış, yüklərin keçid müddəti əhəmiyyətli dərəcədə azalmışdır:
“2030-cu ilədək Orta Dəhlizin yükdaşıma qabiliyyətinin 2021-ci il ilə müqayisədə 3 dəfə artacağı, yüklərin keçid müddətinin isə 2 dəfə azalacağı gözlənilir. Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə həmçinin Azərbaycanın digər türk dövlətləri ilə hərbi əməkdaşlığı genişləndirmək istəyinə diqqət çəkərək deyib: “Müsahibədə türk dövlətləri ilə hərbi əməkdaşlığı genişləndirməyin, birgə hərbi təlimlər keçirilməsinin vacibdir.” Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi bu fikirlər sadəcə dövlətimizin deyil, bütün Türk dünyasının gələcək təhlükəsizliyi baxımından mühüm amil və istiqamətləri əhatə edir”.



