Qazaxda yanacaq daşıyan avtomobildə yanğın: Ölən var (FOTO/VİDEO) - Admenasi
Sosial

Qazaxda yanacaq daşıyan avtomobildə yanğın: Ölən var (FOTO/VİDEO)

Qazaxda yanacaq daşıyan avtomobilin yanması nəticəsində bir nəfər ölüb. Bu barədə Sonxeber.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb. Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib. Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.

Mənbə: https://sonxeber.az/384690/qazaxda-yanacaq-dasiyan-avtomobilde-yangin-olen-var-foto-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button