Üstünə çıxdığı divarın çökməsi 20 yaşlı gəncin ölümünə səbəb oldu - Admenasi
Hadise

Üstünə çıxdığı divarın çökməsi 20 yaşlı gəncin ölümünə səbəb oldu

Türkiyənin Mersin vilayətinin Silifke rayonunda baş verən bədbəxt hadisə 20 yaşlı gəncin ölümü ilə nəticələnib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bağçada aparılan işlər zamanı üzərinə çıxdığı divarın çökməsi nəticəsində Ekrem Yamşah qaya parçalarının altında qalaraq həyatını itirib.

Hadisə günorta saatlarında Silifke rayonunun Canbazlı məhəlləsində qeydə alınıb. Məlumata görə, Ekrem Yamşah atası ilə birlikdə iş texnikasının köməyi ilə bağçada işlədiyi zaman üzərinə çıxdığı divar qəfil çöküb və gənc qaya parçalarının altında qalıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, xilasedici və polis əməkdaşları cəlb olunub. Xilasedicilərin apardığı işlər nəticəsində qaya parçaları kənarlaşdırılıb.

Tibbi heyətin hadisə yerində apardığı yoxlama zamanı Ekrem Yamşahın həyatını itirdiyi müəyyən edilib. İlkin araşdırmadan sonra mərhumun cənazəsi xəstəxananın morquna göndərilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.

Mənbə: https://sonxeber.az/384687/ustune-cixdigi-divarin-cokmesi-20-yasli-gencin-olumune-sebeb-oldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button