8 illik arvadının ona xəyanət etdiyini öyrənən ər: "Susmalıyam, yoxsa ailəmi dağıtmağa dəyər?" - Admenasi
Maraqli

8 illik arvadının ona xəyanət etdiyini öyrənən ər: “Susmalıyam, yoxsa ailəmi dağıtmağa dəyər?”

Sosial şəbəkələrdə fəaliyyət göstərən etiraf səhifələrindən birində paylaşılan yazı qısa zamanda geniş müzakirələrə səbəb olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bir istifadəçi illər sonra həyat yoldaşının nişanlı olduqları dövrdə onu aldatdığını öyrəndiyini bildirərək yaşadığı psixoloji sarsıntını ictimaiyyətlə bölüşüb.

Paylaşımda qeyd olunub ki, istifadəçi həyat yoldaşının keçmişdə dostları ilə düşərgəyə getdiyini zənn etdiyi bir vaxtda başqa şəxslərlə birlikdə olduğunu və həmin dövrdə ona xəyanət etdiyini yeni öyrənib. Bu məlumatın onda ciddi etimad böhranı yaratdığını yazan şəxs, böyük bir xəyal qırıqlığı yaşadığını vurğulayıb.

İstifadəçi bir tərəfdən bunun keçmişdə baş vermiş, birdəfəlik bir səhv ola biləcəyini düşündüyünü, digər tərəfdən isə “görəsən, bu, təkrar edilibmi?” sualının onu rahat buraxmadığını bildirib. Həyat yoldaşının hazırda uşaqları ilə maraqlandığını qeyd edən paylaşım sahibi, yaşadığı emosional yükü ifadə edərək izləyicilərdən məsləhət istəyib: “Susmalıyam, əgər tək dəfəlik bir şeydirsə, yoxsa ailəmi dağıtmağa dəyərmi?”

Paylaşım qısa müddətdə sosial mediada yayılıb. Bəzi istifadəçilər məsələnin mütləq açıq şəkildə müzakirə olunmalı olduğunu bildirərkən, digərləri keçmişin yenidən gündəmə gətirilməsinin ailə münasibətlərinə zərər verə biləcəyini iddia edib.

Mənbə: https://sonxeber.az/384679/8-illik-arvadinin-ona-xeyanet-etdiyini-oyrenen-er-susmaliyam-yoxsa-ailemi-dagitmaga-deyer

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button