Məşhur sosial media fenomeni əlində telefonla dükana girib etdiklərinə görə tənqid olunur – VİDEO

İstanbulun Esenyurt rayonunda bir şirniyyat dükanında baş verən qalmaqallı hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sosial media fenomeni Gizem Temurun dükanın təhlükəsizlik kameralarına düşən görüntüləri gündəmə çevrilib.
Məlumata görə, “hamını narahat edən qadın” kimi tanınan Gizem Temur əlində telefonla video çəkərək şirniyyat dükanına daxil olub. Heç bir söz demədən soyuducunu açan Temur içəridəki eklerləri götürərək yeməyə başlayıb. Bu gözlənilməz hərəkət dükan əməkdaşını çaş-baş salıb.
Təhlükəsizlik kamerası görüntülərində əməkdaşın Temura etiraz edərək, “Bacı, nə edirsən, alo? Onun pulunu ver, nə edirsən? Çıx buradan, burax” sözləri ilə müdaxilə etdiyi əks olunub. Qısa müddət davam edən gərginlik fiziki təmas olmadan sona çatıb.
Hadisəyə aid görüntülər sonradan sosial mediada paylaşılıb. Lakin baş verənlərdən sonra obyekt sahiblərinin hüquqi proses başladıb-başlatmayacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/384667/meshur-sosial-media-fenomeni-elinde-telefonla-dukana-girib-etdiklerine-gore-tenqid-olunur-video



