Sosial şəbəkə paylaşımlarına görə vəkil haqqında tədqiqat başladılıb – VIDEO

Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç İzmirdə yaşayan vəkilin sosial media hesablarında paylaşdığı videolarla bağlı barədə tədqiqata başlanıldığını açıqlayıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə ictimaiyyət arasında ciddi reaksiyalara səbəb olduqdan sonra rəsmi qurumlar hərəkətə keçib.
Nazir Yılmaz Tunç verdiyi açıqlamada bildirib ki, sosial şəbəkələrdə etdiyi paylaşımlarla vəkillik peşəsinin nüfuzuna və etik qaydalarına uyğun olmayan davranışlar sərgiləyən vəkil barəsində İzmir Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.
Tunç həmçinin qeyd edib ki, müvafiq vəkillər kollegiyası tərəfindən də məsələ araşdırılır. Paylaşımların peşə qaydalarına zidd olub-olmaması ilə bağlı qiymətləndirmə aparılması və zəruri hallarda intizam tədbirlərinin görülməsi məqsədilə disiplin prosesi başladılıb.
Məsələ ilə bağlı tədqiqatların davam etdiyi bildirilir.
Video ucun menbeyey baxin: https://sonxeber.az/384671/sosial-sebeke-paylasimlarina-gore-qadin-vekil-haqqinda-arasdirma-basladilib-video



