Bəzi ərazilərdə dumanlı hava müşahidə olunur - Admenasi
Sosial

Bəzi ərazilərdə dumanlı hava müşahidə olunur

Bakıda və Abşeron yarımadasında, eləcə də Quba, Yevlax, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran və Astarada görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, dumanın əmələ gəlməsinə səbəb gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yer səthinin soyuması və havanın temperaturunun aşağı düşməsidir:

“Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir”.

Mənbə: https://sonxeber.az/384657/bezi-erazilerde-dumanli-hava-musahide-olunur

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button