Günəş, Venera və Mars Milad gecəsi səmada birləşərək “Vifleym ulduzu”nu əmələ gətirəcəklər

Venera və Mars Milad gecəsi səmada Günəşlə, demək olar ki, eyni nöqtədə birləşəcəklər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının “Telegram” kanalında məlumat verilib.
2025-ci ilin dekabr ayından bəri bu planetlər “planetlərin günəş paradında” iştirak edirlər.
“Milad gecəsi (6 yanvar) Günəş, Venera və Mars praktiki olaraq səmada birləşərək, unikal “Vifleym ulduzu”nu əmələ gətirəcəklər”, – deyə məlumatda qeyd olunub.
Sonuncu dəfə belə bir kombinasiya 2019-cu ildə müşahidə olunub, növbəti dəfə onu yalnız 2038-ci ilin sentyabrında görmək mümkün olacaq.
“İncil”dən məlum olduğu kimi, Məsihin doğulmasından əvvəl “Vifleym ulduzu” (Vifleym, Vifleyem və ya Beytləhm İsa peyğəmbərin anadan olduğu yerdir) adlanan astronomik hadisə baş verib. Astronomlar və tarixçilər hələ də bunun nə olduğunu – kometa, yoxsa supernova ulduzunun partlayışı olduğunu müəyyən edə bilmirlər. Həmin zaman səmada nəyin bu qədər parlaq şəkildə işıq saçdığı ilə bağlı mübahisələr bu günə qədər davam edir.



