Bu səsi eşidən kimi dərhal ayağa qalxdı – VİDEO

Sakarya şəhərindəki xüsusi bir məktəbdə baş verən hadisə, uşaqlarda milli dəyərlərə bağlılığın necə formalaşdığını göstərən mənalı nümunə oldu.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, səhər saatlarında keçirilən İstiklal Marşı mərasimi öncəsi məktəbin məscidində yuxuya getdiyi bildirilən orta məktəb şagirdi Ahmet Eymen Bekar, marşın səsləndiyini eşidən kimi dərhal ayağa qalxdı.
Şagirdin heç bir yönləndirmə olmadan göstərdiyi bu hərəkət təhlükəsizlik kameralarına da əks olunub. Məktəb rəhbərliyi tərəfindən sosial mediada paylaşılan görüntülər qısa zamanda geniş yayılıb.
Minlərlə istifadəçi, Ahmet Eymenin davranışını “səssiz, amma güclü vətən sevgisi” kimi şərh edərək ailəsinə və müəllimlərinə təşəkkür mesajları göndərib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/384650/bu-sesi-esiden-kimi-derhal-ayaga-qalxdi-video
Mənbə: https://sonxeber.az/384650/bu-sesi-esiden-kimi-derhal-ayaga-qalxdi-video



