Qapı açılanda qarşılaşılan mənzərə şok etdi! – VİDEO

Kocaelinin Kandıra rayonunda bir evdə çox sayda pişik və itin ağır şəraitdə saxlanıldığı barədə daxil olan məlumat əsasında hərəkətə keçən aidiyyəti qurumlar 55 heyvanı xilas edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, aclıq və baxımsızlıq səbəbindən yaşamaq uğrunda mübarizə apardığı müəyyən edilən 38 it və 17 pişik heyvan sığınacağına yerləşdirilib.
Hadisə ilə bağlı Kandıra Rayon İcra Hakimiyyəti və Kandıra Bələdiyyəsinə bir evdən kəskin qoxuların yayıldığı və çox sayda heyvanın qeyri-münasib şəraitdə saxlanıldığı yönündə şikayətlər daxil olub. Məlumat əsasında Rayon İcra Hakimiyyətinin koordinasiyası ilə Təbiəti Mühafizə və Milli Parklar Şöbəsi, Kocaeli Böyükşəhər Bələdiyyəsi, Rayon Polis İdarəsi, Rayon Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı, eləcə də Rayon Səhiyyə İdarəsinin əməkdaşları qeyd olunan ünvanda yoxlama aparıb.
Lazımi hüquqi icazələr alındıqdan sonra evdə keçirilən baxış zamanı heyvanların gigiyena qaydalarına əməl olunmaması və ciddi baxımsızlıq səbəbindən ağır vəziyyətdə olduğu müəyyən edilib. Uzun müddət nəzarətsiz saxlanıldığı və ətraf mühitə də mənfi təsir göstərdiyi bildirilən 38 it və 17 pişik müsadirə olunub.
Baytar həkimlər tərəfindən ilkin tibbi müayinədən keçirilən heyvanlar müalicə və qulluq məqsədilə Kocaeli Böyükşəhər Bələdiyyəsinin Heyvan Baxım Mərkəzinə təhvil verilib. Faktla bağlı məsul şəxslər barəsində inzibati tədbirlər görülüb, eyni zamanda adli araşdırmaya başlanıldığı açıqlanıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/384597/qapi-acilanda-qarsilasilan-menzere-sok-etdi-video
Mənbə: https://sonxeber.az/384597/qapi-acilanda-qarsilasilan-menzere-sok-etdi-video



