Mübahisə etdiyi qaynını güllələdi - VİDEO - Admenasi
Hadise

Mübahisə etdiyi qaynını güllələdi – VİDEO

Bursanın İnegöl rayonunda baş verən silahlı insident zamanı bir şəxs mübahisə etdiyi qaynını güllələyərək yaralayıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə İnegölün Süleymaniyə məhəlləsində, Ferah küçəsində yerləşən bir evdə qeydə alınıb. Məlumata görə, 66 yaşlı Nurefəddin B. ilə onun qaynı Fəxrəddin S. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisənin davaya çevrilməsi nəticəsində Nurefəddin B. üzərində olan tapança ilə qaynına atəş açıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralı Fəxrəddin S.-yə ilkin tibbi yardım göstərdikdən sonra onu İnegöl Dövlət Xəstəxanasına çatdırıb. Ayağından yaralanan şəxsin müalicəsinin davam etdiyi, həyati təhlükəsinin olmadığı bildirilib.

Hadisəni törədən Nurefəddin B. polis əməkdaşları tərəfindən nəzarətə götürülüb. Faktla bağlı araşdırma aparılır, saxlanılan şəxsin polis idarəsində istintaq tədbirləri davam edir.

Video ucun menbeyey baxin: https://sonxeber.az/384600/mubahise-etdiyi-qaynini-gulleledi-video

Mənbə: https://sonxeber.az/384600/mubahise-etdiyi-qaynini-gulleledi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button