Nazir 10 il rəis işləyən polkovniki təqaüdə göndərdi - Admenasi
Sosial

Nazir 10 il rəis işləyən polkovniki təqaüdə göndərdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğindan Mühafizə Xidmətinin Mingəçevir Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin rəisi işdən çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə 2015-ci ildən sözügedən qurumun rəisi olan polkovnik Mahmudov Sədi Əliağa oğlu vəzifəsindən azad olunaraq, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Nazirin digər əmri ilə Xidmətinin Mingəçevir Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq mayor Elşad Məmmədova tapşırılıb.

Mənbə: https://sonxeber.az/384587/nazir-10-il-reis-isleyen-polkovniki-teqaude-gonderdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button