Əfsanə aktyor "borc bataqlığında": ŞOK GÖTÜNTÜLƏR - Admenasi
Şou biznes xəbərləri

Əfsanə aktyor “borc bataqlığında”: ŞOK GÖTÜNTÜLƏR

Bir dövrə damğa vurman Hollivud ulduzu Mickey Rourke Los-Ancelesdə obyektiblərə tuş gəlib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, o, baxımsız halı ilə gündəmə gəlib. Çətin bir mərhələdən keçdiyi deyilən təcrübəli aktyorun son görüntüsü pərəstişkarlarını narahat edib.

1980-ci və 1990-cı illərdə kino dünyasının ən diqqətçəkən simalarından biri olan Mickey Rourke ötən günlərdə Los-Ancelesdəki evinin qarşısında zavallı vəziyyətində görünüb. 73 yaşlı aktyorun baxımsız və əvvəlki populyar imicindən xeyli fərqlənən görünüşü böyük təəccüb yaradıb. Rourke-un şəxsi həyatında da çətin bir dövr yaşadığı bilinir.

Məhkəmə sənədlərinə görə, məşhur aktyorun kirayə borcu səbəbindən yaşadığı evlə bağlı hüquqi prosesin başladığı və evdən çıxarılma ehtimalı ilə üz-üzə qaldığı bildirilib.

Aktyorun 59 min 100 dollar məbləğində kirayə borcu səbəbindən evdən çıxarılma riski ilə qarşı-qarşıya olduğu öyrənilib.

Bildirilir ki, dekabrın 18-də aktyorun kirayədə yaşadığı evlə bağlı ona ya ödəniş etməsi, ya da evi boşaltması tələbi ilə 3 günlük rəsmi xəbərdarlıq göndərilib. Lakin aktyorun məhkəmə qərarına baxmayaraq bu xəbərdarlığa əməl etmədiyi qeyd olunub.

Mənbə: https://sonxeber.az/384545/efsane-aktyor-borc-bataqliginda-sok-gotuntuler

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button