Maduronun ABŞ-də saxlanılmasından sonra venesuelalı gəncin videosu viral oldu: “Qoyun, xoşbəxt olaq”

Venesuela Prezidenti Nikolas Maduro şənbə gecəsi Karakasda saxlanılaraq ABŞ-yə aparılıb və bu gün Nyu-Yorkda hakim qarşısına çıxarılacağı gözlənilir. ABŞ Ədliyyə Nazirliyinin məxfilikdən çıxardığı ittiham aktına əsasən, Maduro dörd ağır cinayət maddəsi üzrə mühakimə olunacaq.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisələr fonunda venesuelalı gənc bir qadının videosu sosial şəbəkələrdə sürətlə yayılıb. O, “Əgər diktatura altında yaşamamısansa, sus. 30 il berbat rejim görməmisənsə, danışma. Qoyun, xoşbəxt olaq” deyərək ölkə xalqının çəkdiyi əzabları yalnız özlərinin anlaya biləcəyini vurğulayıb.
CBS News-un məlumatına görə, Maduro və həyat yoldaşı Cilia Flores Nyu-Yorkdakı Stewart Hava Milli Qvardiya bazasına endirilib, daha sonra Brooklyn-dəki Metropolitan Gözaltı Mərkəzinə aparılıblar. ABŞ məhkəməsi Maduronun “narko-terrorizm”, “kokain idxalı”, “ağır silahların saxlanılması” və “silahlı sui-qəsd” ittihamları üzrə işinə bu gün baxacaq.
Video ucun menbeyey baxin: https://sonxeber.az/384569/maduronun-abs-de-saxlanilmasindan-sonra-venesuelali-gencin-videosu-viral-oldu-qoyun-xosbext-olaq



