Tramp Qrenlandiya üzərində nəzarətin vacibliyini bəyan edib

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın Birləşmiş Ştatlar üçün “tamamilə zəruri” olduğunu bildirib. Bu barədə o, The Atlantic nəşrinə verdiyi müsahibədə açıqlama verib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin rəhbəri qeyd edib ki, Qrenlandiya ABŞ-ın müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Qrenlandiya Rusiya və Çin gəmiləri ilə əhatə olunub. Müdafiə üçün ona ehtiyacımız var”, – deyə Tramp vurğulayıb.
Bundan əvvəl Donald Tramp tərəfindən Qrenlandiya üzrə xüsusi nümayəndə təyin olunan və eyni zamanda Luiziana ştatının qubernatoru olan Ceff Landri ABŞ-ın adanı “işğal etmək” niyyətində olmadığını bəyan edib.
Xatırladaq ki, daha əvvəl Bloomberg agentliyi Trampın Qrenlandiyanı əldə etmək ideyasına xüsusi maraq göstərdiyini yazmışdı. Məlumata görə, buna səbəb adanın ABŞ-ın müdafiə strategiyası üçün əhəmiyyəti və Şimali Atlantika ilə Arktika arasında yerləşən strateji mövqeyidir.
Mənbə: https://sonxeber.az/384563/tramp-qrenlandiya-uzerinde-nezaretin-vacibliyini-beyan-edib



