Yaşlı ana 61 ildir fiziki qüsurlu oğluna körpə uşaq kimi baxır - Admenasi
Hadise

Yaşlı ana 61 ildir fiziki qüsurlu oğluna körpə uşaq kimi baxır

Çorumun İskilip rayonunda yaşayan 82 yaşlı Emine Üstündağ, irəliləmiş yaşına və xroniki sağlamlıq problemlərinə baxmayaraq, 61 yaşlı fiziki və əqli məhdudiyyətli oğluna təkbaşına qulluq edir. Onun fədakarlığı və səbri rayon sakinləri üçün nümunəyə çevrilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 40 il əvvəl həyat yoldaşını itirən Emine Üstündağ, doğuşdan əqli və fiziki əlilliyi olan oğlu Yaşar Üstündağ ilə birgə yaşayır. Yeriyə və danışa bilməyən oğlunun bütün ehtiyaclarını qarşılayan ana, gecə-gündüz demədən ona bir körpə kimi baxır. Özünün də sağlamlıq problemləri olmasına baxmayaraq, oğlunu heç vaxt tək buraxmır.

“Ölənə qədər oğluma baxacağam” deyən Emine Üstündağ hisslərini belə ifadə edib:

“Yoldaşım 40 il əvvəl vəfat edib. Yaşarla birlikdə yaşayıram, onun bütün qulluğunu mən edirəm. Həyat yoldaşım da xəstə idi, ona da illərlə baxdım. Bələdiyyə yeməklərimizi gətirir, təmizlikdə kömək edir. Qonşularımız, gənclər tez-tez gəlir, oğlumun yanında oturur, onu sevirlər. Mən oğluma, balama sevə-sevə baxıram. İki qolum qırılsa da, çətinlik çəksəm də, yenə də onun bütün ehtiyaclarını qarşılayıram. Gecələr bir neçə dəfə oyanır, “ana” deyə səslənir. Hamı Yaşarı sevir, onunla maraqlanır”.

82 yaşlı ananın illərdir göstərdiyi bu fədakarlıq və mərhəmət cəmiyyət üçün əsl insanlıq nümunəsi kimi dəyərləndirilir.

Mənbə: https://sonxeber.az/384561/yasli-ana-61-ildir-fiziki-qusurlu-ogluna-korpe-usaq-kimi-baxir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button