Dövlət sifarişi ilə oxuyanların sayı artırılacaq - Admenasi
Sosial

Dövlət sifarişi ilə oxuyanların sayı artırılacaq

Növbəti tədris ili üçün dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təqribən 5 min 210 nəfər artırılaraq 151 min 100 nəfərə çatdırılması nəzərdə tutulub.

Axşam.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi”ndə qeyd olunub.

Həmçinin təqaüd alan tələbələrin sayının da 7 min 520 nəfər artırılaraq 121 min 280 nəfərə çatdırılcağı nəzərdə tutulub. Bunun üçün ayrılacaq 589 milyon manat vəsaitin 412 milyon manatı təhsil, 177 milyon manatı təqaüd xərclərinə yönəldiləcək.

Mənbə: https://sonxeber.az/384550/dovlet-sifarisi-ile-oxuyanlarin-sayi-artirilacaq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button