İki bacı evdə güllələnmiş halda ölü tapılıb - VİDEO - Admenasi
Hadise

İki bacı evdə güllələnmiş halda ölü tapılıb – VİDEO

Mardinin Nusaybin rayonunda Süheyla Ö. (44) və Sümeyye K.A. (41) bacıları yaşadıqları evdə silahla vurulmuş halda ölü tapılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə gecə saatlarında Nusaybin rayonunun mərkəzi 8 Mart məhəlləsi, Aram küçəsində baş verib. 112 Təcili Çağrı Mərkəzinə daxil olan məlumatdan sonra hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Evə daxil olan əməkdaşlar iki bacını silahla vurulmuş və hərəkətsiz vəziyyətdə aşkar ediblər.

Tibbi müayinədən sonra onların həyatını itirdiyi müəyyən olunub. Bacıların cəsədləri hadisə yerində aparılan ilkin araşdırmadan sonra autopsiya üçün xəstəxananın morquna göndərilib.

Hadisədən sonra İl Polis İdarəsinin nəzdində xüsusi istintaq qrupu yaradılıb. Rayon üzrə Kent Təhlükəsizlik İdarəetmə Sisteminə (KGYS) aid kameralar, eləcə də hadisə istiqamətində yerləşən ev və iş yerlərinin təhlükəsizlik kameralarının görüntüləri araşdırılır.

İlkin məlumata görə, kimliyi müəyyən edilən 1 şübhəlinin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı istintaq aparılır.

Video ucun menbeyey baxin: https://sonxeber.az/384534/iki-baci-evde-gullelenmis-halda-olu-tapilib-video

Mənbə: https://sonxeber.az/384534/iki-baci-evde-gullelenmis-halda-olu-tapilib-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button