Meşəyə göbələk toplamağa gedən qadın itkin düşüb – VİDEO

İstanbulun Sarıyer rayonunda göbələk toplamaq üçün evdən çıxan 57 yaşlı Ayfer Özme itkin düşüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Kağıthane Sənaye məhəlləsindəki evindən dostları ilə birlikdə çıxaraq günorta saatlarında Rumelifeneri istiqamətinə gedən Ayfer Özmendən saat 17:30 radələrindən etibarən xəbər almaq mümkün olmayıb. Yaxınlarının müraciəti əsasında hadisə yerinə jandarma və axtarış-xilasetmə qrupları cəlb olunub.
Ərazidə genişmiqyaslı axtarış işlərinə başlanılıb. Gecə saatlarınadək davam edən əməliyyat nəticəsində Ayfer Özmen Rumelifeneri istiqamətində meşəlik ərazidə, uçurumun kənarında yüngül xəsarətli vəziyyətdə aşkarlanıb.
Xilasetmə qrupları yaralı qadını təhlükəsiz ərazidən çıxararaq tibbi yardım göstərib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/384522/meseye-gobelek-toplamaga-geden-qadin-itkin-dusub-video
Mənbə: https://sonxeber.az/384522/meseye-gobelek-toplamaga-geden-qadin-itkin-dusub-video



