Mehmet Ali Erbil və Gülseren Ceylan barışdıqlarını açıqlayıblar - VİDEO - Admenasi
Şou biznes xəbərləri

Mehmet Ali Erbil və Gülseren Ceylan barışdıqlarını açıqlayıblar – VİDEO

Keçən ilin avqust ayında ailə quran tanınmış şoumen Mehmet Ali Erbil və özündən 40 yaş kiçik həyat yoldaşı Gülseren Ceylan boşanacaqları ilə bağlı iddialarla gündəmə gəlmişdi.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, cütlük arasında fikir ayrılıqları, yaş fərqindən irəli gələn uyğunsuzluqlar və tez-tez yaşanan mübahisələrin münasibətləri çətin vəziyyətə saldığı iddia olunurdu.

Həmçinin tərəflər arasında bağlanan nikah müqaviləsinə əsasən, boşanma halında qarşılıqlı maddi tələblərin olmayacağı bildirilirdi. Xüsusilə 15 dekabr tarixində boşanacaqları ilə bağlı yayılan xəbərlər geniş müzakirələrə səbəb olmuşdu.

Lakin cütlük TikTok platformasında açdıqları canlı yayımda ayrılıq qərarından vaz keçdiklərini və barışdıqlarını açıqlayıblar. Canlı yayımda Gülseren Ceylan “Barışdıq. Evdəyəm və məni ən çox sevən insanın Mehmet Ali olduğunu bilirəm” deyib. Erbil isə bu sözləri təsdiqləyib.

Hadisə sosial şəbəkələrdə də geniş müzakirə olunub. Bəzi istifadəçilər cütlüyü evliliklərini reklam məqsədilə gündəmdə saxlamaqda ittiham ediblər.

Video ucun menbeyey baxin: https://sonxeber.az/384519/mehmet-ali-erbil-ve-gulseren-ceylan-barisdiqlarini-aciqlayiblar-video

Mənbə: https://sonxeber.az/384519/mehmet-ali-erbil-ve-gulseren-ceylan-barisdiqlarini-aciqlayiblar-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button