Maraqlı hadisə: Vəhşi donuzu tutub qucaqladı, sonra təbiətə buraxdı - Admenasi
Maraqli

Maraqlı hadisə: Vəhşi donuzu tutub qucaqladı, sonra təbiətə buraxdı

Türkiyənin Sinop vilayətinin Erfelek rayonunda maraqlı hadisə baş verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bir şəxs avtomobili ilə təqib etdiyi vəhşi donuz sürüsündən bir balanı qucağına alaraq sevib, daha sonra onu yenidən təbii mühitinə buraxıb. Həmin anlar mobil telefon kamerası ilə qeydə alınıb.

Hadisə Erfelek rayonunda qar yağışı zamanı baş verib. Yolda hərəkət edərkən vəhşi donuz sürüsü ilə qarşılaşan şəxs avtomobildən enərək yoluna çıxan balaca donuzu qısa müddət təqib edib və əli ilə tutub.

Vətəndaş donuz balasını bir müddət qucağında saxladıqdan sonra ona heç bir zərər vermədən diqqətlə yenidən təbii mühitinə buraxıb.

Mobil telefon kamerasına düşən görüntülər sosial şəbəkələrdə də maraqla qarşılanıb.

Mənbə: https://sonxeber.az/384515/maraqli-hadise-vehsi-donuzu-tutub-qucaqladi-sonra-tebiete-buraxdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button