Ağır motosiklet qəzası: qadın sürücü xəsarət aldı – VİDEO

Adananın bir yol kəsişməsində baş verən ağır yol-nəqliyyat hadisəsində qadın motosiklet sürücüsü xəsarət alıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, kəsişmədən dönmək üçün zolaq dəyişən motosikletçiyə arxadan sürətlə gələn avtomobil çarpıb.
Zərbənin təsirindən motosikletdən yıxılaraq yola fırlanan qadın sürücü yaralanıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən ilkin yardım göstərilən yaralı xəstəxanaya çatdırılıb.
Qəza anı motosiklet sürücüsünün dəbilqə kamerası tərəfindən qeydə alınıb. Görüntülərdə sürücünün arxadan sürətlə gələn avtomobili son anda fərq edərək yayınmağa çalışdığı, lakin toqquşmadan xilas ola bilmədiyi anlar əks olunub.
Video ucun menbeyey baxin: https://sonxeber.az/384514/agir-motosiklet-qezasi-qadin-surucu-xesaret-aldi-video
Mənbə: https://sonxeber.az/384514/agir-motosiklet-qezasi-qadin-surucu-xesaret-aldi-video



