4 yaşlı uşaq yeriyərək girdiyi xəstəxanadan yataq xəstəsi olaraq çıxdı – VİDEO

Türkiyənin Aksaray vilayətində ishal və qusma şikayətləri ilə xəstəxanaya aparılan 4 yaşlı Mihra adlı qız vurulan səhv iynədən sonra ürəyinin dayanması nəticəsində ağır vəziyyətə düşüb.
Sonxeber.az türk mediasına istinadən xəbr verir ki, hadisə 1 mart 2024-cü il tarixində Aksaray Təhsil və Araşdırma Xəstəxanasında baş verib. Beş gün müalicə alan və yeriyərək xəstəxanaya daxil olan Mihra, 5 martda evə buraxılmalı idi. Lakin çıxmasına az qalmış edilən tibbi müdaxilə zamanı vəziyyəti qəfil ağırlaşıb.
Azyaşlının atası Barış Bektaş qızının əvvəl tam sağlam olduğunu bildirərək, vurulan iynədən sonra uşağın ürəyinin dayandığını və beyninə oksigen getmədiyini deyib. O, qızının artıq aylardır huşsuz vəziyyətdə, süni tənəffüs və digər cihazlara bağlı yaşadığını qeyd edib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/384517/4-yasli-usaq-yeriyerek-girdiyi-xestexanadan-yataq-xestesi-olaraq-cixdi-video



