Məşhur aktrisa yeni rolu üçün hicaba büründü

Tanınmış aktrisa Hülya Avşar yeni serial layihəsindəki rolu üçün ilk dəfə hicaba bürünüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, rolunun tələbinə uyğun olaraq baş örtüyü taxan Avşar bu təcrübənin onun üçün fərqli olduğunu bildirərək, hicabın düşündüyündən daha komfortlu olduğunu deyib.
Rolu ilə bağlı verdiyi müsahibədə səmimi açıqlamalar verən Avşar baş örtüyü təcrübəsini belə ifadə edib: “Heç vaxt oynamamışdım, həyatımda da sınamamışdım. Amma açığı, çox komfortlu bir şey olduğunu düşünürəm”.
Hicablı görünüşünün ona yaraşdığını da qeyd edən aktrisa, obrazla qurduğu bağın roluna müsbət təsir etdiyini bildirib.
Hülya Avşarın çəkiliş meydançasından paylaşılan görüntüləri və açıqlamaları qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi onun yeni imicini bəyəndiyini bildirərkən, təcrübəsini açıq şəkildə bölüşməsini də diqqətçəkən məqam kimi qiymətləndirib.
Hülya Avşarın “Eyni Yağış Altında” serialındakı performansı və hicablı obrazı ilə necə təsir yaradacağı indidən maraq doğurur. Drama janrında olan serialın çəkilişlərinə əvvəlcə Londonda start verilib, çəkilişlərin davamı isə İstanbulda aparılacaq.
Mənbə: https://sonxeber.az/384516/meshur-aktrisa-yeni-rolu-ucun-hicaba-burundu



