Venesueladan sonra hədəf bu iki ölkədir - Admenasi
Dunyada

Venesueladan sonra hədəf bu iki ölkədir

ABŞ Prezidenti Donald Tramp narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində Kolumbiyada hərbi əməliyyatın mümkünlüyünü istisna etməyib.

“Report”un məlumatına görə, o, bu açıqlamanı Milad və Yeni il tətillərini Mar-a-Laqo iqamətgahında keçirdiyi Vest-Palm-Biçdən Vaşinqtona gedən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən verib.

Tramp ABŞ-nin “xəstə qonşusu” adlandırdığı Venesueladakı vəziyyətlə bağlı Kolumbiyanı da eyni şəkildə xarakterizə edib. “Onu kokain istehsal etməyi və ABŞ-yə satmağı sevən xəstə adam idarə edir. O, bunu uzun müddət etməyəcək – bunu mən sizə deyirəm”, – ABŞ Prezidenti bildirib.

ABŞ-nin Kolumbiyada hərbi əməliyyatın mümkünlüyünü nəzərdən keçirib-keçirmədiyi soruşulduqda, Tramp “bu, yaxşı səslənir” cavabını verib.

Mənbə: https://sonxeber.az/384501/venesueladan-sonra-hedef-bu-iki-olkedir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button