Rubio: “Venesuelada ABŞ qoşunları yoxdur”

ABŞ dövlət katibi Marko Rubio hazırda Venesuelada ABŞ qoşunlarının olmadığını bildirib.
Oxu.Az xəbər verir ki, o bunu “NBC News”a verdiyi müsahibədə deyib.
“Venesuelada ABŞ qoşunları yoxdur. Hamı bilir ki, ABŞ qüvvələri Maduronu ələ keçirmək üçün ölkəyə daxil olduqda təxminən iki saat orada olublar. Bu addım Konqresin təsdiqini tələb etmirdi, çünki işğal deyil, genişləndirilmiş hərbi əməliyyat idi”, – deyə o bildirib.
Rubio bəyan edib ki, ABŞ Venesuela neftini daşıyan neft tankerlərini və narkotik qaçaqmalçılığında istifadə edildiyi gəmiləri ələ keçirməyə davam edəcək.
Dövlət katibinin sözlərinə görə, ABŞ-nin Venesuela neftinə ehtiyacı yoxdur. Amma Vaşinqton Bolivar Respublikasının neft sənayesinin ABŞ hökuməti əleyhdarları tərəfindən idarə olunmasına icazə verə bilməz.
Rubio həmçinin bildirib ki, ABŞ Venesuela neftindən əldə edilən gəlirlərin Venesuela xalqının xeyrinə xərclənməsini istəyir.
Mənbə: https://sonxeber.az/384489/rubio-venesuelada-abs-qosunlari-yoxdur



