Idman
Dünya çempionu karyerasını bərpa etdiyini açıqlayıb

Dünya çempionu Tayson Fyuri karyerasını bərpa etdiyini açıqlayıb.
“Report” xəbər verir ki, britaniyalı boksçu bu barədə sosial şəbəkə hesablarında məlumat paylaşıb.
O, 2026-cı ildə rinqə qayıtmağa və 37 yaşında yenidən döyüşməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, T. Fyuri ötən ilin yanvarında karyerasını bitirdiyini açıqlamışdı. O, daha əvvəl – 2013, 2017 və 2022-ci illərdə də karyerasını bitirməsi ilə bağlı açıqlama versə də, sonradan rinqə qayıtmışdı.
Mənbə: https://sonxeber.az/384476/dunya-cempionu-karyerasini-berpa-etdiyini-aciqlayib



