Dunyada
Ekvatorial Qvineyanın paytaxtı dəyişdirildi

Ekvatorial Qvineyanın paytaxtı ölkənin təhlükəsizliyini artırmaq və logistikanı yaxşılaşdırmaq məqsədilə adadan materik hissəyə köçürülüb.
Oxu.Az bu barədə “Guinea Ecuatorial Press” nəşrinə istinadən xəbər verir.
Afrika ölkəsinin Prezidenti Teodoro Obianq Nquema Mbasoqo müvafiq fərman imzalayaraq Syudad-de-la-Pas şəhərini respublikanın yeni paytaxtı elan edib və Malabo şəhərini bu statusdan məhrum edib.
Syudad-de-la-Pasın gələcək paytaxt kimi tikintisinə 2012-ci ildə başlanılıb. Şəhər Ekvatorial Qvineyanın materik hissəsinin tam mərkəzində, Vele çayı üzərində, Atlantik okeanı sahilindən 160 km şərqdə yerləşir.
Mənbə: https://sonxeber.az/384458/ekvatorial-qvineyanin-paytaxti-deyisdirildi



