"Kasıba dəstək olmağı səndən öyrəndim" - Admenasi
Şou biznes xəbərləri

“Kasıba dəstək olmağı səndən öyrəndim”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkədə atası Məşədi Məhəmməd Hüseynovun arxiv videosunu paylaşıb.

Axşam.az xəbər verir ki, sənətçi valideynini bu sözlərlə yad edib:

“30 il sənsiz… Böyük sənətkar Məşədi Məhəmməd… Mən uşaq idim, səndən nə təkəbbür, nə də özündən razılıq gördüm. Hörmət qazanmağı, kasıba dəstək olmağı səndən öyrəndim. Atam, Allah sənə rəhmət eləsin. Ruhun şad olsun. Ümidvaram ki, sənin ruhun bu günləri görür. Sənsiz necə çətin böyüdük. Səndən qalan bir alət məni bu günlərə gətirib ucaltdı. Demək ki, onda sənin nəfəsinin sehri qalıb. Rahat yat, atam, adın yüksəklərdədir”.

Qeyd edək ki, Hüseynin atası Məşədi Məhəmməd Hüseynov da klarnet ifaçısı olub.

Mənbə: https://sonxeber.az/384449/kasiba-destek-olmagi-senden-oyrendim

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button