Şimali Koreya 2026-cı ildə ilk ballistik raket sınaqlarını keçirdi - Admenasi
Dunyada

Şimali Koreya 2026-cı ildə ilk ballistik raket sınaqlarını keçirdi

Şimali Koreya yanvarın 4-ü səhər saatlarında ilin ilk raket sınaqlarını Yapon dənizi istiqamətində həyata keçirib.

Oxu.Az “Kyodo News”və “Yonhap” agentliklərinə istinadən xəbər verir ki, bu, son iki ayda qeydə alınan ilk raket aktivliyidir.

Qeyd olunub ki, raketlər Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Yaponiyanın Baş naziri Sanae Takaiçi müvafiq qurumlara insidentlə bağlı bütün məlumatları operativ şəkildə toplamaq və əhalini məlumatlandırmaq tapşırığını verib.

Sınaqlar Cənubi Koreyada da qeydə alınıb. Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, raketlər Pxenyan yaxınlığındakı ərazidən buraxılıb, təxminən 900 kilometr məsafə qət edib və Yapon dənizi akvatoriyasına düşüb.

Mənbə: https://sonxeber.az/384440/simali-koreya-2026-ci-ilde-ilk-ballistik-raket-sinaqlarini-kecirdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button