XƏBƏRDARLIQ! Sabah 10 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - Admenasi
Sosial

XƏBƏRDARLIQ! Sabah 10 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

Yanvarın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Bu barədə Sonxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Mənbə: https://sonxeber.az/384444/xeberdarliq-sabah-10-derece-saxta-olacaq-yollar-buz-baglayacaq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button