Dunyada
Ancelina Coli Qəzza sərhədində

Hollivud ulduzu Ancelina Coli Misirlə Qəzza sektoru arasındakı sərhəd bölgəsinə səfər edib.
Axşam.az xəbər verir ki, 50 yaşlı aktrisanın səfəri humanitar yardımın göstərilməsi prosesini yerində izləmək məqsədi daşıyıb.
Uzun illərdir humanitar və xeyriyyə fəaliyyəti ilə tanınan Coli Misirlə Qəzza arasındakı Rəfah sərhəd-keçid məntəqəsinə baş çəkib. Bu keçid Fələstin ərazisinə humanitar yardımın çatdırılması üçün həyati əhəmiyyət daşıyır. Bununla belə, davam edən Fələstin-İsrail münaqişəsi fonunda sərhəd keçidləri mülki nəqliyyat üçün əsasən bağlı qalır və yalnız nadir hallarda tibbi evakuasiya məqsədilə açılır.
Qeyd edək ki, Coli BMT-nin xoşməramlı səfiridir.
Mənbə: https://sonxeber.az/384416/ancelina-coli-qezza-serhedinde



