Xamenei İrandakı etirazlarla bağlı: "Tələblər haqlıdır" - Admenasi
Dunyada

Xamenei İrandakı etirazlarla bağlı: “Tələblər haqlıdır”

İranın ali dini lideri Əli Xamenei son günlərdə ölkədə davam edən etirazlar və ticarətçilərin nümayişləri ilə bağlı bəyanatla çıxış edib və baş verən hadisələri şərh edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

O bildirib ki, sahibkarlar və tacirlər ölkədəki iqtisadi vəziyyətdən narazıdırlar və onların iqtisadi tələblərini haqlı adlandırıb.

Xamenei qeyd edib ki, valyuta bazarındakı kəskin dalğalanmalar, milli valyutanın dəyərdən düşməsi və qeyri-sabit iqtisadi mühit tacirlərin fəaliyyətinə mane olur. Onun sözlərinə görə, rəsmi orqanlar bu vəziyyətdən xəbərdardır və ölkə rəhbərliyi bu problemi həll etməyə çalışır. Eyni zamanda o, böhranı təbii proseslərlə deyil, xarici müdaxilə və təzyiqlə əlaqələndirib.

Ali dini lider qanuni etirazlar və iğtişaşlar arasında fərqləndirmə aparıb və vurğulayıb ki, etiraz qanunidir (legitimdir), lakin aksiyaların hökumət əleyhinə şüarlara çevrilməsi yolverilməzdir. O bəyan edib ki, bəzi qruplar etirazlardan xaos yaratmaq üçün istifadə etməyə çalışırlar. Xamenei təhlükəsizlik tədbirlərinin davam etdiriləcəyini bildirib.

Həmçinin Xamenei qeyd edib ki, etirazçıların problemləri dialoq yolu ilə həll olunmalıdır, lakin intizamı pozan şəxslərə qarşı sərt mövqe yerində qalacaq. O eyni zamanda vurğulayıb ki, İran xarici təzyiqə boyun əyməyəcək.

Qeyd edək, son günlər ölkənin müxtəlif şəhərlərində keçirilən etirazlar əsasən iqtisadi böhran, valyuta məzənnəsinin artması, pisləşən iş mühiti və sosial narazılıqla əlaqəli olub. Etirazçıların əsas tələbləri yaşayış şəraitinin yaxşılaşdırılması və iqtisadi sabitlikdir.(oxu.az)

Mənbə: https://sonxeber.az/384368/xamenei-irandaki-etirazlarla-bagli-telebler-haqlidir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button