ABŞ-də helikopter qəzası: Göyərtəsində dörd sərnişin olub - Admenasi
Dunyada

ABŞ-də helikopter qəzası: Göyərtəsində dörd sərnişin olub

ABŞ-nin Arizona ştatının Feniks rayonu yaxınlığındakı dağlarda “MD 369FF” özəl helikopter qəzaya uğrayıb və nəticədə göyərtədəki dörd nəfər həlak olub.

Oxu.Az-ın “ABC News”a istinadən xəbərinə görə, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Pinal dairəsi şerifinin ofisi məlumat verib.

Məlumata görə, qəza yerli vaxtla saat 11:00-da Superior şəhərinin cənubundakı Teleqraf-Kanyon ərazisində baş verib. Şerifin məlumatına görə, helikopterdə Kvin-Krikdən olan 59 yaşlı pilot, 20 yaşlarında üç qadın sərnişin olub. Helikopter Kvin-Krikdəki “Pegasus Airpark”dan havaya qalxıb.

Xilasetmə qrupları qəzanın baş verdiyi ucqar əraziyə çatmaq üçün bir neçə saat sərf ediblər.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalar başlanıb.

Mənbə: https://sonxeber.az/384367/abs-de-helikopter-qezasi-goyertesinde-dord-sernisin-olub

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button