Ərdoğan: Rusiya-Ukrayna müharibəsi artıq Qara dənizdəki ticarəti təhdid edir - Admenasi
Dunyada

Ərdoğan: Rusiya-Ukrayna müharibəsi artıq Qara dənizdəki ticarəti təhdid edir

Rusiya-Ukrayna müharibəsi artıq Qara dənizdəki ticarəti təhdid etmə həddinə çatıb.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 2025-ci il üzrə ixrac göstəricilərinin hesabat tədbirində deyib.

Onun sözlərinə görə, artıq dörd ildir davam edən müharibədə yüz minlərlə insan ölüb, yaralanıb və evsiz-eşiksiz qalıb.

“Həmçinin bu müharibə artıq Qara dənizdəki ticarəti təhdid etmə həddinə çatıb. Əlbəttə, biz bunun qarşısının alınması üçün lazımi tədbirlər görməkdəyik. Türkiyə bu savaşın ədalətli sülhlə başa çatmasını istəyir və bu yolun açılması üçün bütün məsuliyyəti üzərinə götürməyə hazırdır”.

Mənbə: https://sonxeber.az/384354/erdogan-rusiya-ukrayna-muharibesi-artiq-qara-denizdeki-ticareti-tehdid-edir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button