Sərxoş kişi polisə yalan məlumat verdi, həbs olundu - Admenasi
Hadise

Sərxoş kişi polisə yalan məlumat verdi, həbs olundu

Gəncə şəhərində polisə yalan məlumat verən şəxs saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki mənzillərdən birində baş verib.

Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran İsayev (ad və soyad şərtidir) yanvarın 1-i saat 3 radələrində Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub. O, evində döyüldüyünü bildirib.

Hadisə yerinə gələn polis əməkdaşları K.İsayevin döyülmədiyini, sərxoş vəziyyətdə olduğunu aşkarlayıblar. Polis onu spirtli içki müayinəsinə dəvət edərkən Kamran bundan imtina edib və nalayiq ifadələr işlədib, səs-küy salıb.

Polis əməkdaşları onu saxlayaraq polis bölməsinə gətirib, barəsində inzibati protokol tərtib edərək məhkəməyə göndəriblər.

Gəncə Şəhər Məhkəməsinin qərarı ilə K.İsayev 8 sutka həbs edilib.

Mənbə: https://sonxeber.az/384340/serxos-kisi-polise-yalan-melumat-verdi-hebs-olundu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button