Yeni il gecəsi 12-ci mərtəbədən yıxıldı - SAĞ QALDI - Admenasi
Hadise

Yeni il gecəsi 12-ci mərtəbədən yıxıldı – SAĞ QALDI

Rusiyanın paytaxtı Moskvada iki qadın böyük hündürlükdən yıxıldıqdan sonra sağ qalıb.

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2025-ci ilin son axşamı Moskvada iki qadın 5-ci və 12-ci mərtəbələrdən yıxıldıqdan sonra xəstəxanaya çatdırılıblar.

İlk hadisə saat 18:10-da Moskovski şəhərində (Yeni Moskva) baş verib. 19 yaşlı qız 12-ci mərtəbədən yıxılsa da, sağ qalıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İkinci hadisə isə saat 22:40-da Zelenoqradda qeydə alınıb. 29 yaşlı qadın 5-ci mərtəbədən yıxılıb və o da sağ qalıb. Zərərçəkmiş bildirib ki, onu pəncərədən əri itələyib. Xəsarət alan qadın xəstəxanaya aparılıb.

Mənbə: https://sonxeber.az/384288/yeni-il-gecesi-12-ci-mertebeden-yixildi-sag-qaldi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button