Hadise
Nərimanovda binanın fasadı uçub yerə töküldü – VİDEO

Güclü külək Bakının müxtəlif yerlərində fəsadlar törətməkdədir.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, külək səbəbindən Nərimanov rayonundakı çoxmərtəbəli binalardan birinin fasadı uçub.
Belə ki, Ağa Nemətulla və Təbriz küçələrinin kəsişməsindəki binanın bir neçə mərtəbəsinin üzlük hissəsi küləyin təsiri ilə qoparaq həyətə və yola düşüb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/384285/nerimanovda-binanin-fasadi-ucub-yere-tokuldu-video
Mənbə: https://sonxeber.az/384285/nerimanovda-binanin-fasadi-ucub-yere-tokuldu-video



