Cəlilabadda 17 yaşlı oğlan bıçaqlanıb - Admenasi
Hadise

Cəlilabadda 17 yaşlı oğlan bıçaqlanıb

Cəlilabadda gənclər arasında mübahisə düşüb, bıçaqlanan var.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər mərkəzində, Heydər Əliyev Seyrəngahında qeydə alınıb.

Burada gənclər arasında mübahisə yaranıb. Mübahisə zəminində Cəlilabad rayonu, Uzuntəpə kənd sakini, 2009-cu il təvəllüdlü M.Əsgərəli bıçaq xəsarətləri alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX) hospitalizasiya olunub və ilkin tibbi yardım göstərilib. Vəziyyətinə uyğun olaraq cərrahi əməliyyata alınıb.

Həkimlər onun vəziyyətinin stabil olduğunu deyiblər.

Əməli törətməkdə şübhəli bilinən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Mənbə: https://sonxeber.az/384252/celilabadda-17-yasli-oglan-bicaqlanib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button