Bakıda qəzada uşağın üzərinə aşıb: Həyatını xilas etməkdə böyük risk - Admenasi
Hadise

Bakıda qəzada uşağın üzərinə aşıb: Həyatını xilas etməkdə böyük risk

Oxu.Az-in məlumatına görə, Bakının Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olan uşağın üzərinə məhəccər aşıb.

Hadisə nəticəsində uşaq ağır xəsarət alaraq yıxılıb və huşsuz vəziyyətdə qalıb.

Hadisə yerindən keçən polis əməkdaşları vəziyyətin son dərəcə ağır olduğunu anlayaraq dərhal müdaxilə ediblər. Polis əməkdaşları tərəfindən azyaşlı xidməti avtomobillə təcili xəstəxanaya çatdırılıb. Dərhal cərrahi əməliyyat edilən uşağın həyatını xilas etmək mümkün olub.

Hazırda azyaşlının vəziyyəti həkim nəzarəti altındadır.

Mənbə: https://sonxeber.az/384241/bakida-qorxunc-qeza-meheccer-usagin-uzerine-asdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button