1 milyard avroluq nəhəng əyləncə parkı - Admenasi
Maraqli

1 milyard avroluq nəhəng əyləncə parkı

Rumıniyada, Buxarestə yaxın ərazidə “Dracula Land” adlı irimiqyaslı tematik əyləncə parkının inşası gündəmdədir.

Sonxeber.az xəbər verir ki, layihənin ümumi dəyəri 1 milyard avro olaraq qiymətləndirilir.

İnvestorların açıqlamasına görə, park fəaliyyətə başladığı ilk illərdə təxminən 3 milyon ziyarətçi cəlb edə, minlərlə yeni iş yeri yarada bilər. Hələlik layihə plan mərhələsindədir, lakin hava limanı yaxınlığında torpaq sahəsi artıq alınıb, konsepsiya hazırdır. Tərəfdaşlar arasında Deloitte kimi iri konsaltinq şirkətləri və Europa-Park ilə əməkdaşlıq edən attraksion istehsalçıları da yer alır.

Məlumata görə, qrafikə uyğun irəliləmə olarsa, tikinti işlərinə gələn ilin payızında başlanması nəzərdə tutulur.

“Dracula Land” altı əsas tematik zonadan ibarət olacaq:

“Ay işığı” adlı gecə şouları üçün xüsusi zona

Layihəyə həmçinin 22,5 min tamaşaçı tutumlu arena, akvapark, üç otel, outlet-kənd, eləcə də yarış treki daxildir.(Musavat.com)

Mənbə: https://sonxeber.az/384201/1-milyard-avroluq-neheng-eylence-parki

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button