Dunyada
Türküye’də 3 çoban qar uçqununa düşdü – Axtarış aparılır

Türküye’nin Artvin vilayəti Aksu yaylağında səhər saatlarında qar uçqunu baş verib.
“Qafqazinfo” Türküye mediasına istinadən xəbər verir ki, yaylaqda olan 6 çobandan 3-ü uçqun altında qalıb.
Sərt qış şəraiti və qalın qar örtüyü səbəbindən yaylağa gediş-gəlişin çətin olduğu, bu səbəbdən də xilasetmə qruplarının bölgəyə çatdırılması istiqamətində işlərin davam etdiyi bildirilir.
Mənbə: https://sonxeber.az/384225/turkiyede-3-coban-qar-ucqununa-dusdu-axtaris-aparilir



