DİN - dən bayram günləri ilə bağlı çağırış- Vidyo - Admenasi
Sosial

DİN – dən bayram günləri ilə bağlı çağırış- Vidyo

Daxili İşlər Nazirliyi bayram günlərində təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı çağırış edib. Sonxeber.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları milli birlik, qarşılıqlı hörmət və məsuliyyətin rəmzidir. Bu əlamətdar günlərin əmin-amanlıq şəraitində və xoş əhval-ruhiyyədə keçməsi üçün hamılıqla təhlükəsizlik qaydalarına əməl etmək vacibdir. Bu günlərdə hər kəsdən ictimai yerlərdə nizam-intizamla davranmaq, kütləvi tədbirlərdə ehtiyatla hərəkət etmək, hansısa hüquq pozuntusuna səbəb olacaq addımlardan çəkinmək, yol hərəkəti, eləcə də digər təhlükəsizlik qaydalarına riayət etmək xahiş və tələb olunur. Bayramınız təhlükəsiz keçsin!”, – deyə məlumatda qeyd edilib.

Mənbə: https://sonxeber.az/384200/din-den-bayram-gunleri-ile-bagli-cagirisvideo

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button