Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Admenasi
Sosial

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

“Report” müsahibəsi ilə xəbər verir ki, bayram dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəylik bağlarının yaranmasında mühüm rol oynayır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub. Bu vaxt İstanbulda Türkdilli Xalqlar konfransı keçirilirdi. Konfransda Dünya Azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verilib.

1991-ci il dekabrın 16-da Azərbaycan Xalqının Ümummilli Lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri vəzifəsində çalışan Heydər Əliyev Dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarında dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik günü kimi Bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Ali Sovetinə təklif verilməsi qeyd olunub.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın bütün ölkələrində yaşayan Azərbaycanlıların bayram kimi qeyd olunur.

Mənbə: https://sonxeber.az/384186/dunya-azerbaycanlilarinin-hemreylik-gunudur

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button