İlk qan qrupunun daşıyıcıları daha uzun ömür sürürmü? - Admenasi
Maraqli

İlk qan qrupunun daşıyıcıları daha uzun ömür sürürmü?

Stenford Universitetinin alimləri müəyyən ediblər ki, qan qruplarından biri, 0 qan qrupu, daşıyıcılarının daha uzun ömür sürdüyü ilə fərqlənir. Bu qan qrupunun daşıyıcılarında ürək xəstəlikləri, tromb yaranma riski, həmçinin iltihab proseslərini yaradan molekullar daha azdır.

Oxu.Az xəbər verir ki, bu barədə araşdırma “Origo”da dərc olunub.

Söhbət 0 qan qrupu ilə gedir. Bu nadir qrupun daşıyıcılarının eritrositlərində rezus-sisteminin heç bir antigeni yoxdur. Ona həmçinin “qızıl qan qrupu” da deyilir.

Statistikaya görə, uzun ömür sürən insanlar arasında 0 qan qrupuna daha çox rast gəlinir. Lakin bu qrupun daşıyıcıları da bəzi risklərlə üzləşirlər: onlarda qanaxmalar və hamiləlik zamanı yüksək təzyiq daha tez-tez müşahidə olunur.

Araşdırmanın müəllifləri bildirirlər ki, hər qan qrupunun öz üstünlükləri və riskləri var, lakin 0 qan qrupuna malik insanlar statistik olaraq daha uzun yaşayırlar.

Mənbə: https://sonxeber.az/384153/hansi-qan-qrupundan-olan-insanlar-daha-cox-yasayirlar

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button